Azərbaycan qalaları: Sumuq Qala - YENİLƏNİB - VİDEO
18 Oktyabr 2012 19:28
12:52
Belə abidələrdən biri də "Sumuq Qala" abidəsidir. Qala dövlət tərəfindən qədim abidə kimi qorunub saxlanılır.
17-18-ci əsrlərdə tikilmiş qala dağ yamacının ətəyində, Qax yolunun üzərində tikilib. Müdafiə qalası olan "Sumuq Qala" dördkünc formalıdır. Silueti yuxarı qalxdıqca daralır. Bu, qülləyə xüsusi görüntü verməklə yanaşı, memarlıq baxımından möhkəmliyini təmin edir. Qalanın inşa tarixi İlisu Sultanlığının inkişaf etdiyi, çiçəkləndiyi dövrə təsadüf edir. Qalanın divarlarının qalınlığı yer səthində 70-80 sm, yuxarı mərtəbələrdə isə 60-70 sm-dir. 7-mərtəbəli qüllənin iki mərtəbəsində hər divarın ortasında eni 80 sm olan aşırımlar, onların yanlarında mazğallar yerləşir. Mazğallar isə qalanın bir daha müdafiə üçün tikilməsinə bariz nümunədir.
Qeyd edək ki, 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına qalada bərpa işləri aparılıb. Bərpa zamanı qalanın torpaq altında qalan hissəsi təmizlənib, sel sularının zərər vurmaması üçün qüllənin yanında suötürücü kanal tikilib, qalaya aparan yola daş örtüyü döşənib. Qala tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Milli.Az
---------------
19:28
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.