Yevlaxın yeni avtovağzalı fəaliyyətə başalayıb

17 Oktyabr 2012 16:07
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, respublikamızın bütün bölgələrinə göstərilən qayğı Yevlax şəhərindən də yan keçməyib. Bunun bariz nümunəsi kimi şəhər ərazisində yerləşən köhnə avtovağzal kompleksi istismar müddətini başa vurduğu üçün 2009-cu ilin iyun ayında yeni və müasir tipli avtovağzal kompleksinin tikintisi ilə bağlı ölkə başçısı Perzident İlham Əliyev tərəfindən müvafiq göstəriş verilib. Bu il oktyabr ayının 7-də isə kompleksin tikintisi başa çatdığından Prezident İlham Əliyev Yevlaxa səfəri zamanı avtovağzal kompleksinin açlışında şəxsən iştirak edib.

Qeyd edək ki, ümumilikdə adıçəkilən avatovağzal fəaliyyətinə oktyabrın 15-də start verib.
Hündürlüyü 6 metr olmaqla 2 mərtəbədən ibarət olan avtovağzal sutka ərzində 2250 nəfər sərnişin yola salma gücünə malikdir. Ümumilikdə kompleksdə sərnişinlərin və sürücülərin rahatlığı ücün hər bir zəruri şərait yaradılıb.

Avtovağzalda sərnişin daşınmanı həyata keçirən "M-TRANS" MMC-nin iqtisadiyyat və kadrlar şöbəsinin rəisi Abidi Mətləbin sözlərinə görə, ümumilikdə yeni tikilən kompleksi region üçün qənaətbəxş hesab etmək olar. Şöbə rəisi onu da əlavə edib ki, avtovağzal komlpeksinin əsas və birinci vəzifəsi qanunsuz bilet satışının qarşısını almaqdır.

Qeyd edək ki, avtovağzal ərazisindən respublikanın müxtəlif şəhər və rayonlarına yeni marşurut xətlərinin açılması da nəzərdə tutulub. Xəttə buraxılacaq avtobus və mikroavtobusların texniki müayinəsi aparılacaq və istismarında problemlər olan avtomobillər marşurutdan çıxarılacaq.

Milli.Az