Dünyaca məşhur hind aktyorunun nəvəsi ailə qurdu

17 Oktyabr 2012 13:26
Bollivudun iki populyar siması, həmçinin ilk cütlüyü hesab olunan - Seyf Əli Karina Kapur ailə qurublar. Seyf Əli Xan Hindistanın keçmiş kriket kapitanı Mansur Əli Xanın və aktrisa Şarmila Taqorun oğludur.

Oxumeni.az xəbər verir ki, Karina Kapur isə keçmiş aktyor və rejissor Rac Kapurun nəvəsi, aktyor Rişi Kapurun qardaşı qızıdır. Onun hər iki valideyni və böyük bacısı da kino sahəsində çalışır.

Bu, 42 yaşlı Seyf Əlinin ikinci nikahıdır. Onun aktrisa Armita Sinqx ilə ilk evlilikdən iki övladı var. 32 yaşlı Karina Kapur isə nikah masasına ilk dəfə əyləşib. Onu da əlavə edək ki, yüksək səviyyədə təşkil olunmuş məclisi italiyalı dizaynerlər hazırlayıblar. Toy şənliyi ulduz yağışına bənzəyib; Boillivudun tanınmış simaları ilə yanaşı, Hinidistanın siyasətçiləri, iş adamları, milyonçuları və digər xarici ulduzlar dəvətlilər sırasında olublar.

Milli.Az