Qənnadı fabrikində zəhər yayıldı: 2 min nəfər köçürüldü
16 Oktyabr 2012 16:23
Milli.Az Bild-ə istinadən bildirir ki, "Kraft Foods"un Aşağı Saksoniya vilayətindəki Bad Fallinqbostel şəhərindəki qənnadı fabrikində zəhərli qaz sızıntısı baş verib.
Fabrikin yaxınlığındakı yaşayış binalarından 2 min nəfər dərhal təlxiyyə olunub.
Şirkətin təmsilçisi Barbara Blobergerin dediyinə görə, qəzanın səbəbi tərkibində qatı natrium məhlulu olan sisternə səhvən azot turşusunun düşməsi nəticəsində baş verib.
Yanğınsöndürənlər indi təhlükəli məhlulu nasoslarla çəkməklə məşğuldurlar.
Milli.Az