Həyatını nəvəsinə fəda edən nənə
16 Oktyabr 2012 17:02
Milli.Az Life News-a istinadən bildirir ki, Raisa Zaxarovanın nəvəsi anadan olanda həkimlər onun onurğasını təsadüfən sındırmışdılar.
Daha sonra bir neçə ağır xəstəliyin daşıyıcısı olduğu bilinən nəvəni nənəsi atmayıb, yanında saxlayıb.
Zaxarova yerli sakinlər arasında canlı əfsanədir. O, əlil nəvəsi Yura ilə artıq 30 ildir ki, meşədə yaşayır.
"Böyük qızım Valentina qeysər kəsimi əməliyyatına məruz qaldı və Yura belə doğuldu. İri idi, təxminən 5 kq. Tam sağlam idi. Amma doğuş zamanı nə isə pis alındı və həkimlər Yuranın belini qırdılar", - nənə danışır.
Yura üç aylıq olanda Raisa İvanovna nəvəsinin başını dik saxlaya bilmədiyini anladı.
Həkimlər də uşağa iflic və onurğa sınığı diaqnozu qoyandan sonra nənə nəvəsini saxlamağa başlayıb.
70 yaşlı nənə gümrahdır. O, ağaclara dırmaşır, böyük təsərrüfat saxlayır.
İki ev və həyətdəki təsərrüfatı iri köpəklər qoruyurlar. Çünki xutorun ətrafında daim yırtıcılar dolaşır.
Raisa İvanovnanın övladları onu şəhərə aparmaq istəsələr də, nənə razılaşmır.
"Yura mənim canım, ruhumdur. Onu heç kimsəyə vermərəm. Polis gəlsə də, əli tüfəngli adamlar gəlsələr də, vermərəm", - Raisa nənə danışır.
Milli.Az