Azərbaycanlı müğənninin qızı boşanır?

14 Oktyabr 2012 12:00
Milli.Az Day.Az-a istinadən bildirir ki, şayiələrə görə, E.Məmmədoğlunun qızının qayınanası oğlu ilə gəlininin münasibətlərinin pis olması səbəbindən boşanmalarını istəyir.

Elariz Məmmədoğlu isə bu məlumatı "ATV-maqazin" verilişinin efirində təkzib edib:

"Qızımın rəsmi nikahı var, belə şey necə ola bilər? Bir aydan sonra qızımın ikinci oğlu doğulacaq. Özü də çox xoşbəxtdir".

Milli.Az