Özilə 6 ay cəza verildi
13 Oktyabr 2012 14:25
Məşhur idman markası olan "Nike" Məsut Özili məhkəməyə verib. Fanat.az xəbər verir ki, "Nike"la müqaviləsi başa çatan Özil buna baxmayaraq üzərində firmanın işarəsi olan butsilərlə meydana çıxıb. Bunu görən firma nümayəndələri Amsterdam məhkəməsinə futbolçu barədə şikayət ərizəsi veriblər.
Amsterdam məhkəməsi Özilin 180 gün "Nike" işarəsi olmayan butsilərlə oynamasına qərar verib.
Milli.Az