150 sərnişini öldürən pilot İŞİD-çi olub?

26 Mart 2015 22:31

Fransada qəzaya düşən "Germanwings" şirkətinə məxsus təyyarənin pilotu ilə bağlı şok məlumat yayılıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, 150 nəfəri qəsdən öldürməkdə günahlandırılan köməkçi pilotun şəxsiyyətinin açıqlanmasının ardından "Facebook"da hamını şoka salan bir paylaşma edilib.

Əsas pilotun kobinədən çıxmasından istifadə edərək qapını bağlayıb təyyarəni başı aşağı yerə salan Andreas Lubitzin kimliyi açıqlanandan sonra "Facebook"da "İŞİD qəhrəmanı Anders Lubitzə dəstək" adlı səhifə yaradılıb.

Özüylə birlikdə 150 ​​adamın ölümünə səbəb olan köməkçi pilotun fotoşəkilinin paylaşıldığı səhifədə "Allah sizi sevir" yazısı diqqət çəkib.

Görənləri şoka salan səhifə qısa bir müddət sonra "Facebook" tərəfindən bağlanılıb.

Milli.Az