Sezarın öldürüldüyü yer tapıldı - FOTO
12 Oktyabr 2012 10:29
"Həmişə bilirdik ki, Qay Yuli Sezar eramızdan əvvəl 44-cü ilin martın 15-də Senatın iclasında öldürülmüşdü. Lakin bu faktı təsdiqləyəcək heç bir dəlil-sübut yox idi", - arxeoloq Antonio Monterroso deyir.
Milli.Az El Pais-ə istinadən bildirir ki, Monterroso Romadakı Arcentina meydanında beton dövhə tapıb. Alimin dediyinə görə, Sezarın ögey oğlu Oktavian sui-qəsd yerində həmin postamentin qoyulmasını əmr etmişdi. Lövhə Sezarın oturduğu kreslonun yerində dikəldilmişdi.
Hündürlüyü 2, eni 3 metr olan beton konstruksiya Pompey Kuriyasının qalıqları arasındadır.
Pompey Kuriyası Qədim Roma Senatının iclaslarının keçirildiyi yerdir.
Pompey Kuriyası Romada, Arcentina meydanında, Vətən Tağı və Kapitolinin yanındadır.
Meydanın mərkəzində "Arena Sacra" var. Orada bir qədər əvvəl Pompey Teatrı və respublika dönəminin 4 məbədinin qalıqları tapılmışdı.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Getty İmages