Mətbəx sirləri: Pətənək şorbası
14 Oktyabr 2012 07:00
Tərkibi:
200 q pətənək
200 q toyuq ürəyi
4 kartof
2 yerkökü
100 q perlova
2 diş sarımsaq
400 q duzlu xiyar
göyərti
duz
Toyuq bulyonu hazırlayın. Toyuq pətənəyi və ürəyini yuyub təmizləyin, bulyona salın. Perlova, doğranmış kartof, yerkökü və soğanı, xırda doğranmış duzlu xiyarı əlavə edin.
Göyərti və xırda doğranmış sarımsaq əlavə edin. Duzunu yoxlayın, lazım gələrsə, artırın. Hazır olanadək bişirin.
Bu şorbanı adətən içi çıxarılmış boyat çörəyin içində süfrəyə verirlər. Amma onu tez yemək lazımdır ki, çörək əzilib dağılmasın.
Nuş olsun!
Milli.Az