Məşhur aktrisa yol qəzasında öldü - FOTO

10 Oktyabr 2012 14:24
Məşhur rusiyalı aktrisa Marina Qolub avtomobil qəzasında dünyasını dəyişib.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qəza ötən gün axşam Moskva şəhərində baş verib. Qəzada "Juqili", "Kia", "Hyundai" və "Cadillac" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində şəxsiyyəti müəyyənləşdirilməmiş daha bir şəxs də dünyasını dəyişib. O, Marina Qolubla birlikdə avtomobildə olub. Onların "Hyundai" markalı avtomobildə olduqları bildirilir.

Xatırladaq ki, Maria Qolub Rusiya Federasiyasının əməkdar artisti idi. O, bir sıra verilişlərin aparıcısı idi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.