Azərbaycan çempionunun dünya çempionatına yollanacağı vaxt dəqiqləşdi

9 Oktyabr 2012 18:09
Azərbaycanın qadınlardan ibarət "Rabitə" voleybol komandasının klublararası dünya çempionatına gedəcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, ötən il qazandığı dünya çempionu titulunu qorumaq üçün Qətərə yollanacaq təmsilçimiz oktyabrın 11-də Dohaya yola düşəcək.
 
Baş məşqçi Marçello Abbondanzanın yetirmələri Qətərdə ilk sınağına oktyabrın 15-də çıxacaqlar. A qrupunda yer alan komandamızın ilk rəqibi Braziliyanın "Sollis Nestle" klubu olacaq. Oktyabrın 16-da isə "Rabitə" Çinin "Bohay Bank" (Çin) komandası ilə üz-üzə gələcək.

Milli.Az