Suriyada avtomobil karvanına hücum: 20 nəfər öldü
9 Oktyabr 2012 12:39
Suriyada davam edən zorakılıq halları hər gün daha da artır. Ötən gün fəalların sözlərinə görə, Əsəd ordusu Homs şəhərininin bəzi bölgələrini bir neçə saat dayanmadan raket zərbələrinə məruz qoyub. Nəticədə 30-a yaxın binaya ziyan dəydiyi bildirilir. Məlumata görə, analoji hadisələr Dəraa şəhərinin cənub bölgəsində və Hələb şəhərlərində də baş verib.
Milli.Az Anspress-ə istinadən xəbər verir ki, Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün təhlükəsizlik qüvvələrini Karak rayonunda qarşıdurmalar zamanı həlak olmuş insanların cəsədlərini daşıyan yerli sakinlərə hücum ediblər. Dəfn mərasiminə gedən avtomobil karvanına qarşı edilən hücum nəticəsində azı 20 nəfər öldürülüb.
Azad Suriya Ordusunun əsgərləri isə müharibənin onların xeyrinə qurtaracağından əmin olduqlarını bildiriblər. Onların sözlərinə görə, hazırda əsas hədəf Əsədin xüsusi təyinatlı dəstələri olan Şəbihə ordusunun başçılarını zərərsizləşdirməkdir.
Onu da qeyd edək ki, artıq 19 aydır ki, davam edən döyüşlərdə azı 30 min insanın öldürüldüyü bildirilir.
Milli.Az