Qəmli məhəbbət hekayəsi: ölüm ayağındakı sevgilisinə ərə getdi - FOTO

9 Oktyabr 2012 12:15
O, gəlinin əlini sıxdı və "Səni çox sevirəm!" demək əvəzinə sadəcə, sevdiyi xanımın gözlərinə baxaraq udqundu.
11 gün sonra isə o, Nottingem şəhər hospitalının palatasında, yatağında keçindi.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, 24 yaşlı Uilyam Kent xərçəng xəstəsiydi və altı aydan bəri ölümlə mübarizə aparır, yaşamaq istəyirdi.

Lakin onun xəstəliyi günbəgün ağırlaşırdı.
Sevgilisi Emma palataya gələrək "Evlənirik!" deyəndə də Uilyam danışa bilməmişdi, çünki xərçəngin ağrıları onun danışmasına mane olurdu.

Buna rəğmən 25 yaşlı Emma ona yaxınlaşdı, əlindən tutdu və "Nikah başlanır!" dedi.
Palataya gəlmiş keşiş dua oxudu, sonra da onları ər-arvad elan etdi.
Uilyam keşişin "Uilyam, səni çox sevən Emma ilə evlənməyə, həyatının sonunadək ona sadiq olmağa razısanmı?" sualına "Hə!" demək istəsə də, xırıldadı...

Uilyamla Emma hələ orta məktəbdə oxuyanda bir-birlərini sevməyə başlamışdılar.

Sonralar məktəb illəri başa çatdı, universitetdə təhsil başladı - amma Uilyamla Emma ayrılmadılar.
Uilyam Leeds Metropolitan University-ni bitirdi və dərs deməyə başladı.

Emma onun uğurlarına sevinir, ailə quracaqları günü səbirsizliklə gözlədiyini deyirdi.

Uilyamın dərs dediyi Ormiston Enterprise Academy-dəki iş yoldaşları da sevgililərin nikah gününü gözləyirdilər.

İngiltərənin Derbişir qraflığındakı Holbruk şəhərində yaşayan Uilyam və Emma ailə quracaqları günün planlarını hazırlayır, toy hazırlığı görürdülər.

Fəqət, qarnında, köksündə və başında kəskin ağrılar hiss edən Uilyam həkimə, müayinəyə yollananda ona dedilər: "Sizdə limfoma var. Bu, çox ağır xərçəng xəstəliyidir".
Uilyam yatağa düşdü, üzücü, ağır və məşəqqətli müalicə başlandı.

"Uilyamın yanından ayrılmadım, son gününə, son nəfəsinə qədər yanında oldum. Evlənmək istəmirdi, çünki ölüm ayağında idi. Lakin onsuz həyatımı təsəvvür etmədiym üçün təkid etdim. Sevdiyim insanla cəmi 11 gün evli oldum. O, güclə nəfəs alaraq yataqda, mən də çarpayının yanında, kətildə", - Emma deyir.

Uilyamın bacıları Reyçel Emili 11 günün gəlininə, indisə dul qalmış Emmaya ürək-dirək verməyə çalışsalar da, bir nəticə yoxdur.
Emma: "Onu unutmağım mümkün deyil", - söyləyir...

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.















Fotolar: Caters News Agency