"Real"da daha bir türk

5 Oktyabr 2012 13:47
Milli.Az Ajansspor-a istinadən bildirir ki, "Real" klubu 15 yaşlı türk yeniyetmə Yusif Gülnarla müqavilə imzalamaq ərəfəsindədir.

Gülnarın meneceri Aytac Erenler həm də Kolin Kazımın meneceri, habelə Batuhan Karadenizi 15 yaşında olanda "Mançester Siti"yə aparan şəxsdir.
Yusif Gülnar Belçikada yaşayan türk ailədə doğulub, bir müddət "Beşiktaş"ın futbol akademiyasında oxuyub.

Milli.Az