Seks istirahətə uduzur
18 İyun 2010 06:19
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, Kembric Universitetinin alimləri tərəifndən aparılmış araşdırma nəticəsində üzə çıxıb. 24-47 yaş arasında 4000-dən artıq britaniyalı xanım arasında sorğu keçirən alimlər qrupu tədqiqat zamanı həm evdar xanımlardan, həm də orta və yüksək vəzifə tutan qadınlardan məsələyə münasibət soruşublar. Məlum olub ki, zərif cinsin təmsilçiləri arasında təxminən 85% istirahət naminə seksdən məmnuniyyətlə imtina edir. Xüsusilə, gənc xanımlar mağazaları gəzmək, gözəllik salonuna getmək, yarışları izləmək, kurortda dincəlmək, hovuzda üzmək və ya gün vannası qəbul etməyi intim əlaqədən üstün tuturlar.
Milli.Az