AZAL bəzi Avropa ölkələri üçün güzəştli tarif tətbiq edir
5 Oktyabr 2012 10:02
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Praga-Bakı, Bakı-Milan-Bakı, Bakı-Roma-Bakı, Bakı-London-Bakı və Bakı-Paris-Bakı istiqamətlərindəki uçuşlara xüsusi güzəştli ekonom sinif tarifi tətbiq edir.
"Azərbaycan Hava Yolları" QSC-dən Trend-ə daxil olan məlumata görə, bu tarif çərçivəsində oktyabrın 30-u uçuş tarixinədək Praqa, Milan, Roma, London və ya Paris şəhərlərinə tur paket əldə etdikdə, gediş-dönüş aviabileti 200 EUR məbləğində rəsmiləşdirilir (qiymətə hava limanı yığımları daxil deyil).
Qeyd edək ki, aviabiletin həmin qiymətlə əldə edilməsi yalnız iki istiqamətli reyslərə və yalnız ilkin uçuş Bakıdan olduğu halda mümkündür.
Milli.Az