"Neftçilər"in avrokuboklarda statistikası

4 Oktyabr 2012 13:38
Apasport.az saytının məlumatına görə, "ağ-qaralar" 1995-ci ildən təmsil olunduğu avrokuboklarda evdəki məğlubiyyətsiz seriyasını 15 oyuna çatdırmağa çalışacaq. Belə ki, "Neftçi" qitə miqyaslı turnirdə 4802 gündür Bakıda uduzmur. Komanda sonuncu dəfə evdə 1999-cu ilin avqustun 12-də UEFA kubokunun təsnifat mərhələsində Serbiyanın "Srvena Zvezda" klubuna 2:3 hesabı ilə uduzub.

Paytaxt təmsilçisi arxada qalan 13 ildə avrokuboklarda öz meydanında "HİT-Qoritsa (Sloveniya, 1:0, 0:0), "Şiroki Briyeq" (Bosniya və Herseqovina, 1:0), MOİK (Rusiya, 0:0), "Hafnarfyordur" (İslandiya, 2:0), "Anderlext" (Belçika, 1:0), "Rid" (Avstriya, 2:1), "Nitra" (Slovakiya, 2:0), "Jerminal" (Belçika, 1:0), "Vaslui" (Rumıniya, 2:1), "Dinamo" (Xorvatiya, 0:0), "Zestafoni" (Gürcüstan, 3:0), "Hapoel" (İsrail, 2:2) və APOEL-lə (Kipr, 0:0) oynayıb.

Qeyd edək ki, "Neftçi" 1994-cü ildən ölkəmizin təmsil olunduğu avrokuboklarda ilk xalı qazanan, Çempionlar Liqasında çıxış edən ilk komandamızdır.

Milli.Az