İslam haqqında möhtəşəm film çəkiləcək

4 Oktyabr 2012 11:04
Milli.Az DHA-ya istinadən bildirir ki, "Yahşi Batı", "Av Mevsimi", "Nefes: Vatan Sağolsun", "Anadolu Kartalları" və "Çanakkale 1915"  kimi məşhur filmləri çəkmiş "Fida Film" studiyası "Halid Bin Velid - Allahın Kılıcı" adlı yeni filmin çəkilişi barədə qərar qəbul edib.

Filmin rejissoru Hakan Kırvavaç olacaq.
Filmin baş rolu - Xalid bin Valid obrazını yaradacaq aktyorun axtarışları aparılır.
Studiyanın həmin rolda görmək istədiyi aktyorlar arasında Emre Kızılırmak, İbrahim ÇelikkolMurat Han var.

Milli.Az