Azərbaycan Diplomatik Akademiyası 2013-2014-cü tədris ili üçün magistraturaya qəbul elan edib

3 Oktyabr 2012 20:35
Azərbaycan Diplomatik Akademiyası (ADA) oktyabrın 1-dən başlayaraq 2013-2014-cü tədris ili üçün magistraturaya qəbul elan edib.

ADA-dan AzərTAc-a bildiriblər ki, qəbul diplomatiya və beynəlxalq münasibətlər (MADİA- Master of Arts in Diplomacy and İnternational Affairs), dövlət və ictimai siyasət (MPP- Master in Pubic Policy) və biznesin idarə edilməsi (MBA-Master in Bisuness Administration) ixtisasları üzrə aparılır. ADA bu sahələr üzrə ikiillik yüksək səviyyəli ingilis dilli təhsil təklif edir.

Dərslər tanınmış azərbaycanlı və xarici mütəxəssislər tərəfindən keçirilir. Magistrantlar bir sıra Qərb universitetlərində təhsil mübadiləsi proqramlarında iştirak etmək, nüfuzlu beynəlxalq qurumlarda təcrübə keçmək imkanı əldə edirlər. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr təhsil haqqından azad olunurlar. Akademiyada, həmçinin sərfəli şərtlərlə uzunmüddətli təhsil krediti də mövcuddur. Qəbul zamanı üstünlük mükəmməl ingilis dili və güclü təhlil qabiliyyətinə malik olan bakalavr dərəcəli namizədlərə verilir.
Sənədlərin qəbulu 2013-cü il aprelin 1-dək davam edəcək.

Milli.Az