Azərbaycanın müxalifət partiyası bəyanat yaydı

2 Oktyabr 2012 17:16
KXCP son zamanlar KIV-də partiya sədri Mirmahmud Mirəlioğlu barədə gedən məlumatlarla bağlı bəyanat yayıb.

Modern.az-a daxil oıan sənəddə qeyd olunur ki, son zamanlar bəzi mətbuat orqanlarında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu haqqında qeyri-dəqiq, böhtan və təhqir elementlərinin yer aldığı məlumatlar yayılır.

"Avqustun sonlarında M.Mirəlioğlunun sədrliyi ilə keçirilən İdarə heyətinin yığıncağında partiya sədrinin məzuniyyətə çıxması ilə bağlı qərar qəbul edilib. Bir sıra KİV-də yazılanlardan fərqli olaraq M.Mirəlioğlu ölkədən kənara çıxmayıb, məzuniyyətdə olmasına baxmayaraq partiya ilə vaxtaşırı əlaqə saxlayır. Bütün bunlardan məlumatı olan və olmayan bəzi mətbuat orqanları və şəxslər tərəfindən Mirmahmud bəy haqqında həqiqətdən çox-çox uzaq qeyri-dəqiq və qərəzli məlumatlar yayır, böhtan kompaniyası aparır. Məqsədləri M.Mirəlioğlunu və KXCP-ni gözdən, nufuzdan salmağa yönəlib. Əminik ki, bu məlumatların yazılmasında və yayılmasında iştirak edənlər M.Mirəlioğlu məzuniyyətdən qayıtdıqdan sonra onun məzuniyyətə çıxmasının səbəbləri açıqlananda utanacaqlar. KXCP bir daha bəyan edir ki, Mirmahmud Mirəlioğlu hazırda məzuniyyətdədir".

KXCP partiya sədri M.Mirəlioğlu haqqında yayılan bu məlumatların bəzi qüvvələr tərəfindən məqsədli şəkildə yayıldığını bəyan edir: "Bu məlumatlar məhz Mirmahmud Mirəlioğlu tərəfindən 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak niyyətini açıqladıqdan sonra, dövriyəyə buraxıldığına diqqət çəkir, bütün bu kampaniyanın ictimai rəyi çaşdırmağa, partiyanın və onun haqqında mənfi imic formalaşmağa xidmət məqsədi daşıdığını bəyan edir".

KXCP partiyanın və Mirmahmud Mirəlioğlunun nüfuzunun aşağılanmasına xidmət edən təhqir dolu yanlış məlumatların yayılmasını dayandırmağı tələb edir.

Milli.Az