Azərbaycan Gənclərin məşvərət iclasında təmsil olunacaq

2 Oktyabr 2012 13:36
Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov oktyabrın 5-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclərin məşvərət iclasında Azərbaycanı təmsil edəcək.

DAGB-dan Trend-ə verilən məlumata görə, səfər zamanı Malayziya Baş nazirinin müavini Muhiddin Bin Hj Mohd Yasin, ICAPP həmsədrləri Jose de VenesiaÇunq Eui-Yonq, Malayziyanın səhiyyə naziri Datuk Rosnah Binti Hj Abdul Raşid Şirlin, Kamboca Baş nazirinin müşaviri Yara Suos və digər ölkələrdən qatılan rəsmilərlə görüşlər gözlənilir.

Tədbir çərçivəsində ICAPP-ın Gənclər Birliyinin təsis edilməsi, Asiya Siyasi Partiyalarının gənc liderləri arasında əməkdaşlığın qurulması nəzərdə tutulur.

Milli.Az