Somalidə futbol üzrə dünya çempionatını izləmək qadağan olundu
16 İyun 2010 13:40
Milli.Az xəbər portalının İsra.Az saytına istinadən verdiyi məlumata görə, hərəkat dünya çempionatının izlənməsinin haram olduğuna dair fətva verib. Artıq fətvaya zidd hərəkət edən 30 adamı həbs olunub və onların saçları kəsilib.
Aişə Abdi adlı bir somalili bildirib ki, o, Avstraliya-Almaniya qarşılaşmasını izləyən zaman "Şəbab"ın hücumuna məruz qalıb. Onun başı üzərindən güllə atılıb. Hərəkat üzvləri azarkeşi həbs edərək şallaqlayıb. "Şəbab"ın müttəfiqlərindən Hizbi-İslaminin spikeri Şeyx Məhəmməd Abdi Arus futbolun "kafirlərin mirası" olduğunu bildirib: "İnsanların futbolu izləmələrini qəbul etməmiz əsla mümkün deyil. Dünya kubokunu izləyən hər kəsə xəbərdarlıq edirik".
Milli.Az