"Barselona"nın oyunu türk hakimə tapşırıldı

30 Sentyabr 2012 14:41
Milli.Az Habertürk-ə istinadən bildirir ki, məşhur türk hakim Cüneyt Çakır UEFA Çempionlar Liqasının G qrupunun "Benfika"-"Barselona" matçını idarə edəcək.

Türkiyə Futbol Federasiyasından bildirilib ki, oktyabrın 2-də Estadio do Sport Lisboa e Benfica-da oynanılacaq matçda Çakırın köməkçiləri Bahattin DuranTarık Ongun olacaqlar.

Matçın dördüncü hakimi Mustafa Emre Eyisoy, əlavə yardımçı hakimlər isə Hüseyin GöçekSüleyman Abay olacaqlar.

Milli.Az