Gün var, əsrə bərabər: Ötənləri yada salaq

29 Sentyabr 2012 09:15
Miladi: 29 sentyabr 2012
Hicri: 13 Zülqədə 1433

İlin 273-cu günü
İlin sonuna 92 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06.25
Günəş - 07.35
Zöhr - 13.35
Əsr - 17.21
Məğrib - 19.41
İşa - 20.58

E.ə.106 - Roma sərkərdəsi Pompey anadan olub. (ö. E.ə.48)

E.ə.48 - Roma sərkərdəsi Pompey Misirdə qətlə yetirilib (d. E.ə.106).

1515 - Fransa və İsveçrə arasında əbədi sülh bağlanmışdır.

1547 - ispan yazıçısı, məşhur "Don Kixot" əsərinin müəllifi Migel de Servantes anadan olub.

1650 - Henri Robinson Londonda dünyanın ilk nikah agentliyini açmışdır.

1833 - Azərbaycanlı şair, rəssam, xəttat və musiqişünas Mir Möhsün Nəvvab anadan olub. (ö. 1918).

1887 - Alman ixtiraçı Emil Berliner tərəfindən qrammofon üçün ilk patent alınmışdır.

1901 - italyan əsilli ABŞ fiziki, "Nobel" mükafatı laureatı Enriko Fermi anadan olub.

1902 - fransız yazıçı Emil Zolya vəfat edib.

1911 - İtaliya ilə Osmanlı İmperiyası arasında Tripoli muharibəsi başlanmışdır.

1916 - Con Rokfeller "Standart oil" şirkətinin əsasını qoymuşdur.

1919 - Bakı Dövlət Universiteti təsis edilmişdir.

1923 - Fələstində ingilis mandatı rəsmən həyata keçirilmişdir.

1936 - İtalyan dövlət xadimi Silvio Berluskoni anadan olub.

1939 - Polşa əsgərləri geri çəkilmiş və Varşava almanlara təslim olmuşdur.

1943 - Polşa prezidenti, "Solidarnost" hərəkatının lideri Lex Valensa anadan olub.

1943 - Tokio məhkəməsi sovet kəşfiyyatçısı Rixard Zorge haqqında ölüm hökmü çıxarır.

1951 - Yupiterin 12-ci peyki kəşf olunur.

1958 - Fransada beşinci respublika qurulur.

1967 - amerikalı yazıçı Karson Mak Kullerz vəfat edib.

1971 - SSRİ "Luna- 19" kosmik peykini orbitə buraxır.

1991 - Haitidə növbəti dövlət çevrilişi baş verir.

1991 - Azərbaycan Respublikasının Müdafiə Şurasının yaradılması barədə fərman verilib.

1994 - Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə BMT Baş Assambleyasında çıxış edib. Prezident Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi barədə dünya birliyinə məlumat verərək BMT-ni bu işğalçılığı dayandırmağa çağırıb.

1994 - Bakıda parlamentin vitse-spikeri Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetiriliblər. Hadisə ilə bağlı Nyu-Yorkda bəyanat verən Heydər Əliyev terror aktının Azərbaycanın dövlətçiliyi əleyhinə yönəldiyini, lakin dövlətin bu təhdidlərdən sarsılmayacağını bildirib.

2001 - Bakıda prezidentlər Heydər Əliyev və Eduard Şevardnadzenin görüşündə Azərbaycanla Gürcüstan arasında "Şahdəniz" qazının tranzitinə (Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi) dair saziş imzalanıb.

Milli.Az