Şok, yoxsa biabırçılıq? Hələ belə hind kinosu olmamışdı - VİDEO

28 Sentyabr 2012 16:18
Milli.Az Hindustan Times-a istinadən bildirir ki, "əbədi məhəbbət nağılı" sloqanı ilə reklam edilən filmin rejissoru S.S.Rajamoulidir.
"PVP Cinema" kinostudiyasının çəkdiyi filmdə baş rollarda tanınmış aktyorlar Nani, Sudep, Samanta, Devadaraşini, Aditya Santanam çəkiliblər.

Tamil dilində çəkilən film fişəng ustası olan Nanidən və onun məhəbbətindən bəhs edir. Nani üzbəüz binada yaşayan rəssam Binduya aşiq olur.

Onlar bir-birlərini sevirlər, lakin multimilyonçu və şorgöz Sudep günlərin birində Bindunu görur, onu yatağa salmağa çalışır.
Bu yolda o, hər yola əl atır, axırda da Nanini öldürür.
Lakin Nani ölümdən sonra da yaşayır. O, milçəyə çevrilərək qisas almağa başlayır.

"Sevginin milçək qisasçısı ilə obrazlaşdırılması biabırçılıqdır. Bu filmin ssenarisini yazan nə düşünürdü", - nüfuzlu rejissor Ravil Aşarya deyib.
Hindistanın digər məşhur rejissoru Mahdan Konjam isə filmi "şok səviyyəsində rəzalət" adlandırıb.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.