İran Gmail-ə çıxışa icazə verəcək

28 Sentyabr 2012 16:09
"İran tezliklə ölkədə Gmail poçt servisinə çıxışı bərpa edəcək". Trend-in IRNA agentlyinə istinadən verdiyi məlumata görə, bu barədə Hüquq Komissiyasının nümayəndəsi Məhəmməd Əli İsfani bildirib.

İsfani qeyd edib ki, Gmail-ə çıxış Youtube və Google saytlarının eyni serverlərdə fəaliyyət göstərməsi ilə bağlanıb, Youtube isə daha əvvəl peyğəmbər Məhəmməd (s.ə.s) haqqında anti-İslam filminə baxılmasına qadağan edilməsi səbəbindən bağlanılıb.

Çoxsaylı etirazlara baxmayaraq, "Müsəlmanların məsumluğu" filminə Youtube-da baxmaq mümkündür.

İranda Google və Youtube-a çıxış bir həftə əvvəl həmin film səbəbindən bağlanılıb.

Milli.Az