PSJ daha 2 ulduz oyunçu almaq istəyir

28 Sentyabr 2012 15:51
Qol.Az-ın "Radio Monte Carlo"ya istinadən verdiyi məlumata görə, Paris təmsilçisi "Bavariya"dan Frənk Riberi, "Arsenal"dan isə Teo Uolkotu heyətinə qatmaq niyyətindədir.

Uolkotun "Arsenal"dan ayrılmaq istəməsi PSJ-nin işini asanlaşdırır. Lakin Münhendə işləri yolunda gedən Riberinin "Bavariya"dan ayrılması mümkünsüz görünür. Buna baxmayaraq, PSJ rəhbərliyinin hər iki futbolçunun transferi üçün lazımi məbləği ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, PSJ Fransa çempionatında 6 turdan sonra 12 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Milli.Az