Lotereya almaq istəyən ona üz tutsun
27 Sentyabr 2012 16:32
Milli.Az The Guardian-a istinadən bildirir ki, İstanbuldakı "Nimet Abla" lotereya satışı dükanına şəhərlilərlə yanaşı, ölkənin müxtəlif yerlərində yaşayan adamlar axın edirlər.
Türkiyədə satılan hər 10 lotereya biletindən biri burada satılır.
6 ildən bəri dükanda çalışan Ayhan Karagül deyib: "Təbii ki, satdığımız biletlər udanda sevinirik. Fəqət, bu statistikadır. O qədər çox bilet satırıq ki, mütləq qazanan olur".
Son ildə "Nimet Abla"da bilet satışları 14,3 faiz artıb.
Milli.Az