Tanınmış türk rejissor: "Arvadım tərbiyəsizdir"
27 Sentyabr 2012 13:46
Onun sabiq arvadı, model Özge Ulusoy döyüldüyünü və təhqir olunduğunu bildirərək məhkəməyə müraciət edib.
Milli.Az Vatan-a istinadən bildirir ki, Taşdemir 9 aydan 4 ilədək həbs ala bilər.
Taşdemir məhkəmə iclasında verdiyi ifadəsində deyib: "Toyun ertəsi günü mən azacıq, Özge isə ifrat dərəcədə sərxoşduq. Evə gəldik. Özge qəflətən bağırmağa başladı: "Sən sabiq sevgilim kimi adam deyilsən. Sən ümumiyyətlə, adam deyilsən! Səndən istifadə edərək Türkiyədə məşhurlaşdım və ona görə də nikah, sadəcə, reklamdı. Sabiq sevgilimin yanına qayıdıram". O, üzümiü cırmaqlamağa başladı, mən də Özgenin saçından tutub, kənara itələdim. Vəssəlam".
Məhkəmə prosesi davam edir.
Milli.Az