"Qızımı alana 60 milyon dollar verirəm" - FOTO
27 Sentyabr 2012 09:51
Honkonqun ən varlı adamlarından biri, milyarder Sesil Çjao Szun belə bəyanat verib.
Səbəb isə milyarder atanın qızının lesbiyan olması və qadınla "ailə" qurmasıdır.
Milli.Az Asia Times-a istinadən bildirir ki, Çjao Szunun qızı, 33 yaşlı Cici Çao Fransada yaşayan rəfiqəsi və sevgilisi Şin İvlə "evlənib".
Bu "ailə"də Cici Çao "ər", Şin İv isə "arvad"dır.
Qızının qadınla evlənməsi 76 yaşlı atanı dərdə salıb. O, qızı Cicinin "anormal ailə qurduğunu" deyir: "Qadın qadınla evlənməməlidir və heç bir demokratiya prinsipinə görə buna haqq qazandıra bilmərəm. Qızımın normal ailə qurmasını, ərinin olmasını, mənimçün nəvələr doğmasını istəyirəm. Mən atayam və hər ata təki qızımın bəxtəvərliyini arzulayıram".
Ata qızının lesbiyan "ailə"sini qəbul etmir və Cicini hələ də subay sayır.
"Qızım yaxşı insandır, zəhmətkeşdir, istedadlıdır. Üstəlik, volontyor kimi çalışaraq insanlara yardım edir", - milyarder ata "Morning South China Post"a deyib.
Cici Çjao 5 ay əvvəl Şin İvlə evlənib.
Eyni cinsdən olan şəxslər arasındakı nikahlar Honkonqda rəsmən tanınır və hüquqi qüvvəyə malikdir.
Çjao Szun heç zaman rəsmən evli olmayıb. Onun 3 qadından 3 övladı var.
Milyarder ata gələcək kürəkəninə 60 milyon dollarla yanaşı, biznesində şəriklik də təklif edir.
Cici Çao 1999-cu ildə universiteti başa vurub və ixtisasca memardır.
O, məşhur memar Terri Farrelin studiyasında 2 il çalışıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin. 
Fotolar: Morning South China Post