Apple zavodunda üsyan: 40 yaralı

24 Sentyabr 2012 16:24
Milli.Az New York Times-a istinadən bildirir ki, hadisələr "Foxconn"un Çinin mərkəzindəki Tayyuan şəhərində yerləşən zavodunda baş verib.

Polis zavodda çalışan 79 min işçini nəzarətə alıb.
Bazar günü zavod işçilərinin qaldığı yataqxanalarda başlayan qiyam 4 saat sonra yatırılıb.
"Foxconn"un yüzlərlə işçisinin həbs olunduğu bildirilir.

Tayvandakı "Hon Hai" konqlomeratının bir hissəsi olan "Foxconn"un zavodlarında "Apple" üçün iPhone, iPad və iPod-lar istehsal olunur.
"Foxconn"un Tayyuandakı zavodu bağlanıb.

Milli.Az