Gəncədə olimpiya çempionu Toğrul Əsgərovla görüş olub

24 Sentyabr 2012 08:55
APA-nın məlumatına görə, görüşdə idmançının məşqçisi, əməkdar məşqçi, "Şöhrət" oredeninə layiq görülmüş Elçin Zeynalov, Gəncə şəhər gənclər və idman idarəsinin rəisi Mikayıl Zeynalov, universitetin müəllim-tələbə heyəti iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər Azərbaycan idmançılarının "London-2012"-də uğurla çıxış etdiklərini, ikisi qızıl olmaqla ümumi hesabda 10 medal qazandıqları bildirilib.

Azərbaycana ilk qızıl medalın Gəncə güləş məktəbinin yetirməsi Toğrul Əsgərov tərəfindən qazanılmasının isə həmyerliləri tərəfindən xüsusi sevinclə qarşılandığı vurğulanıb. Tədbirdə çıxış edən Gəncə şəhər gənclər və idman idarəsinin rəisi Mikayıl Zeynalov Gəncə idmançılarının bu il müxtəlif idman yarışlarında uğurla çıxış etdiklərini, 215 medal qazandıqlarını, beynəlxalq yarışların qalibi olduqlarını deyib. Olimpiya çempionu Toğrul Əsgərov göstərilən diqqətə görə təşəkkürünü bildirib və Azərbaycanda idmanla məşğul olmaq üçün böyük imkanlar yaradıldığını vurğulayıb. O, gəncləri bu imkanlardan səmərəli istifadə etməyə çağırıb. Tədbirin sonunda olimpiya çempionu və onun məşqçisinə qiymətli hədiyyələr təqdim olunub.

Milli.Az