Bu balığın konservi uşaqları öldürə bilər

24 Sentyabr 2012 12:32
Beynəlxalq "Mercury Policy Project" təşkilatının son hesabatında belə deyilir.

Milli.Az "WebMD"yə istinadən bildirir ki, ekspertlər valideynləri uşaqlara "albakor" kimi tanınan sarı üzgəcli tuna balığını ümumiyyətlə verməməyi məsləhət bilirlər. Adi tuna balığına gəldikdə isə, uşaqlara bu balıq ətindən ayda bir dəfə vermək olar.

Uşağın çəkisi 25 kq-dan artıqdırsa, o, ayda 2 dəfə tuna balığı yeyə bilər.
Ekspertlər konserv bankalarında satılan tuna balığını araşdırıblar və məlum olub ki, bu balıqda civənin miqdarı normadan artıqdır.

Tuna balığında omeqa-3, selenium və protein var.

Hesablamalara görə, qlobal miqyasda uşaqların orqanizmlərinə zəhər kimi düşən civənin ümumi miqdarının 1/3-i balıq konservlərinin payına düşür.

Milli.Az