Ürək xəstələri - bu dərmanları içməyin...

24 Sentyabr 2012 11:06
Milli.Az "Scientist"ə istinadən bildirir ki, Kopenhagen Universiteti nəzdindəki Gentoft hospitalının alimləri belə deyirlər.

Doktor Enn-Mari Olsen deyir: "Ürək-damar xəstəlikləri olan insanların qeyri-steroid, anti-iltihab dərmanları içmələrinin təhlükəli olduğunu kardioloqlar indiyədək dəfələrlə vurğulayıblar. Lakin həkimlərin əksəriyyəti hələ də bu dərmanları reseptlərdə yazır, pasientlər isə qəbul edirlər.

Halbuki "Rofekoksib", "Selekoksib", "Naproksen", "İbuprofen" kimi dərmanlar ürək xəstələri üçün böyük risk mənbəyidir".

Ürək-damar xəstələri arasında belə dərmanları içənlərdə təkrar infarkt riski 41 faiz, koronar ölüm riski isə 30 faiz artır.

Milli.Az