Azərbaycanın cəbhə bölgəsində silah-sursat tapılıb
22 Sentyabr 2012 19:46
Milli.Az APa-ya istinadən bildirir ki, bu barədə APA-ya Füzuli Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun Zobucuq kəndi ərazisində 1 ədəd "Karabin" tüfəngi, 3 ədəd qumbara, 380 ədəd avtomat patronu, 22 ədəd patron darağı və digər hərbi sursatlar tapılıb.
Milli.Az