Aygün Bəylərin əri hələ uşağını görməyib

1 Fevral 2010 10:07
İstedadlı xanəndəmiz evə qapanıb və heç bir tədbirlərə də getmir.

Sənətçinin depressiyaya düşməsinin səbəbi budur ki, ötən ilin sonu - dekabrın 5-də ana olan və qızına Can adı qoyan müğənni öz həyat yoldaşı ilə görüşə bilmir. Görüşə bilməməyinin səbəbi isə ölkə xaricində olan Rəsul Vilayətin Azərbaycana gəlməsində yaranan problemlərdir. Müğənninin yaxın ətrafından verilən məlumata görə, həyat yoldaşı sənədlərində problemlər yarandığı üçün Azərbaycana gələ bilmir. Qızının adını özü qoysa da, Rəsul Vilayət hələ də doğulandan bəri qızını görməyib.
Aygünün internet istifadəçisi olmadığı nəzərə alınsa, məlum olur ki, onun həyat yoldaşı ilə yalnız telefon əlaqəsi var. Rəsul Vilayətin isə qızının heç şəklini belə görmədiyi deyilir.


Leyla
Milli.Az