"Neftçi" "Partizan"ı bağışlayacaqmı? - FOTO

21 Sentyabr 2012 15:00
Azərbaycan çempionu "Neftçi" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya "Partizan"ına qarşı keçirilən oyunla bağlı UEFA-ya şikayət edə bilər. Azerisport.az xəbər verir ki, buna serbiyalı azarkeşlərin xoşagəlməz plakat çıxarması səbəb ola bilər.
 
Belə ki, "Partizan"ın "qrobari" (qəbir qazanlar) adlı azarkeş qrupu oyun zamanı tribunada tərcüməsi təxminən aşağıdakı kimi olan plakat qaldırıblar: "Azərbaycanda qaraçı köynəyində yaşayan uzunburun meymun banan dalınca gəlib".
 
Şübhəsiz ki, bu plakat daha çox "Partizan"ın əzəli rəqibi "Crvena Zvezda"nın yetirməsi olan "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçə yönəlmişdi. Amma serblər eyni zamanda bakılıların heyətində yer alan Sierra-Leone yığmasının üzvü Julius Vobayı da nəzərdə tuta bilərlər. Belə olacağı halda isə UEFA irqçiliyə görə Serbiya təmsilçisini cəzalandıra bilər. Oxşar olaylara qarşı sərt tədbirlər görən qitə futbol qurumu hətta komandalara texniki məğlubiyyət də verir. Ümid edək ki, bu qalmaqal da UEFA-nın diqqətindən kənarda qalmayacaq və layiqli qərar çıxarılacaq.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.