"Muhteşem yüzyıl"ın ulduzu ayı balası və cücə oldu

18 Sentyabr 2012 16:31
Onun serialdakı səs tonu da diqqət çəkib.

Milli.Az Habertürk-ə istinadən bildirir ki, Türkiyədəki dublyaj sektorunun diqqətini özünə çəkən Yalabık bir neçə layihədə iştirak edib.

"Muhteşem yüzyıl" serialında obrazı Parqalı İbrahim paşanın edamına az qalmasından dolayı, serialla vidalaşacaq Yalabıka tələbat çoxdur.

O, son vaxtlar bir çox reklam klipləri, "Kung Fu Panda", "Cücələr divlərə qarşı", "Don Kihot" kimi animasiya filmlərində obrazları dublyaj etdi, "Uncharted 3" filmində Nathan Drake personajını türkcə "danışdırdı".
Okan Yalabık bu layihələrdən 500 min dollar qazanıb.

Milli.Az