Rusiyada tanınmış azərbaycanlı yazıçı və publisist vəfat edib

18 Sentyabr 2012 16:12
Rusiyada yaşayan tanınmış azərbaycanlı yazıçı və publisist Fərhad Ağamalıyev vəfat edib.

APA-nın verdiyi məlumata görə, bu gün səhər saatlarında 66 yaşında dünyasını dəyişən Fərhad Ağamalıyevin qan təzyiqindən əziyyət çəkdiyi bildirilib.

F.Ağamalıyev 1946-cı ildə Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Bir müddət Moskvada "Sovetskaya Kultura" qəzetində məsul vəzifələrdə çalışıb. 1993-2004-cü illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinin rəhbəri olub.

Milli.Az