Gün var, əsrə bərabər: Ötənləri yada salaq

17 Sentyabr 2012 09:11
Miladi: 17 sentyabr 2012
Hicri: 30 şəvval 1433

İlin 261-cu günü
İlin sonuna 104 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06.13
Günəş - 07.23
Zöhr - 13.39
Əsr - 17.37
Məğrib - 20.01
İşa - 21.20

1787 - ABŞ Konstitusiyası qəbul edilmişdir.

1826 - alman riyaziyyatçı Bernhard Riman dünyaya gəlib.

1867 - yapon şairi Masaoka Siki anadan olub.

1871 - İtaliya və Fransanı birləşdirən dəmir yol tuneli açılmışdır.

1908 - Orvil Rayt (Orwill Wright) və onunla birlikdə uçan dostu Tomas Selfric (Thomas E. Selfridge) təyyarə qəzasına məruz qaldılar. Qəzadə vəfat edən Selfric, təyyarə qəzasında həyatını itirən ilk insan olmuşdur.

1922 - Berlində ilk səsli film nümayiş etdirilmişdir.

1933 - Türkiyə Millətlər cəmiyyətinə üzv olmuşdur.

1935 - Amerikalı yazıçı Ken Kizi anadan olub.

1939 - Rus aktyor Vladimir Menşov dünyaya gəlib.

1939 - II Dünya Müharibəsi: Sovet qoşunları Polşaya daxil oldular.

1941 - İngilis və sovet işğalı altındaki İranda Rza Şah taxtdan endirildi, yerinə oğlu Məhəmməd Rza Pəhləvi oturdu.

1960 - idmançı Deymon Hill anadan olub.

1961 - Adnan Menderes edam edildi.

1962 - rejissor Baz Lurman anadan olub.

1968 - pop-müğənni Anasteyşa dünyaya gəlib.

1978 - Misirlə İsrail arasında Kemp-Devid sazişi imzalanıb.

1991 - Latviya, Litva, Estoniya, Şimali və Cənubi Koreya BMT-yə üzv olmuşdur.

2007 - rəssam Elbəy Rzaquliyev vəfat edib.

Milli.Az