Çılpaq kişi qadının üstünə atıldı və...

14 Sentyabr 2012 23:37
Milli.Az Vatan-a istinadən bildirir ki, Riçard Cimino Cunior adlı şəxs dünən axşam saatlarında maşınını məhəllənin sakit yerində saxlayıb.

Maşından düşən Riçard əynindəki bütün paltarları çıxarıb və lüt qalandan sonra önündəki evə tərəf qaçaraq içəri girməyə çalışıb.
Evdəkilər onu döyməyə çalışanda qaçıb aradan çıxan Riçard bir müddət görünməyib.

Sən demə, o, qonşuluqdakı boş evdə gizlənibmiş.
Təxminən yarım saat sonra boş evin ikinci mərtəbəsindən aşağı tullanan Riçard küçədəki qadına hücum edib və qurbanının başını gəmirməyə başlayıb.

Şahidlərin dediklərinə görə, Riçard qadına hücum edəndə və onun başını gəmirəndə heyvan kimi səslər çıxarırmış.

Qadın Riçardın əlindən güclə qurtularaq qaça bilib.
Riçard Cimino Cunior həbs olunub.

Milli.Az