Alp dağındakı qəzanı pilot qəsdən törədib

26 Mart 2015 21:28

Fransa prokurorluğu bəyan edib ki, Alp dağında qəzaya düşən Airbus təyyarəsinin ikinci pilotu qəzanı qəsdən törədib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Marselin prokuroru Brice Robinin sözlərinə görə, Almaniya vətəndaşı olan 28 yaşlı pilotAndreas Lyubits qəsdən yüksəkliyi azaldıb, eniş edib.

Qəzadan az əvvəl pilotlardan biri kabinanı tərk edib.

Amma qayıdanda kabinanın qapısını aça bilməyib.

Prokuror bildirib ki, Lyubits qəza anınadək sağ olub,qara qutudakı yazıda onun nəfəsi eşidilirmiş.

Səs yazısında çoldə qalan pilotun qapını döyəclədiyi də eşidilir.

Germanwings şirkətinə məxsus A320 təyyarəsi martın 24-də Barselonadan Düsseldorfa uçarkən Fransada, Alp dağında qəzaya uğrayıb.

Təyyarə uçuş həddindən qəflətən enməyə başlayıb və 8 dəqiqə ərzində düşməyə başlayıb.

Təyyarədə olan 150 nəfərin hamısı həlak olub.

Onların əksəriyyəti Almaniya və İspaniya vətəndaşlarıdır.

Milli.Az