İnternetdə minlərlə sayt sındırılıb
11 İyun 2010 06:11
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında verilən xəbərə görə, sındırılmış saytların dəqiq sayını hələ müəyyən etmək mümkün deyil, lakin bu rəqəmin 7-115 min arasında olduğu güman edilir.
Hücuma məruz qalmış layihələr arasında az tanınmış şirkətlərlə birgə, həmçinin ABŞ-ın Wall Street Journal biznes nəşri, İsrailin Jerusalem Post milli qəzeti, ServiceWoman.org və IntlJobs.org tanınmış beynəlxalq layihələr, eləcə də digər geniş auditoriyası olan informasiya resursları da qeydə alınıb.
Cisco Systems-in tərkibində olan ScanSafe əsas təşkilatının şəbəkələrindən istifadə edərək hələ iki gün bundan əvvəl xaker hücumlarını qeydə almağa başladığını bildirir. Server proqram təminatlarındakı zəif nöqtələrdən istifadə edən xakerlər veb-səhifələrdə pisniyyətli HTML kodunu yerləşdirməyə başlayıblar. Məhz həmin HTML kodu istifadəçiləri bədəməl saytlara yönəldib və burada istifadəçinin kompüterinə troyan və digər zərərli proqramlar yüklənilməyə başlayıb.
HP və Microsoft şirkətləri də sözügedən hücum haqqında məlumatlı olduqlarını bildiriblər və
SQL - zəif nöqtələrin aşkar olunmasını təmin edən Scrawir adlı birgə proqram təminatının artıq təqdim etdiklərini qeyd ediblər.
Milli.Az