Azərbaycan ərazisində misilsiz arxeoloji tapıntı

13 Sentyabr 2012 17:35
AzərTAc xəbər verir ki, tədqiqatlar nəticəsində dairəvi və dördkünc yaşayış evləri, mərkəzində dairəvi manqal olan ibadət evi, kürə aşkar edilib. Qazıntılar nəticəsində müxtəlif maddi mədəniyyət nümunələri, o cümlədən erkən tunc dövrünə aid çoxsaylı keramika nümunələri, heyvan fiqurları, sümük və daş alətlər əldə edilib. Builki tədqiqatların ən mühüm tapıntısı isə dairəvi və konusvari kiçik gil əşyaların əldə edilməsidir.

Bu əşyalar Şimali Qafqazdan Suriya, Fələstinədək geniş bir ərazidə yayılmış Kür-Araz mədəniyyəti abidələrindən ilk dəfə əldə olunur. Qəbilələrarası əmtəə mübadiləsində tətbiq olunan bu əşyalar inzibati idarəçiliyin ilk əlamətləri hesab olunur və artıq eramızdan əvvəl IV minilliyin sonlarından Azərbaycan ərazisində sinfi təbəqələşmənin və sosial bərabərsizliyin və beləliklə dövlətçilik ənənələrinin mövcudluğundan xəbər verir.
 
Milli.Az