Fərda Qədirov Süleymanovlar nəslini qırmaq istəyirmiş

10 İyun 2010 19:22
Ötən ilin aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında  törədilmiş  terror  hadisəsi ilə  bağlı Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov və  Ariz Qabulov barəsində cinayət işi üzrə  məhkəmə baxışı 10 iyun 2010-cu il tarixdə  saat 11.00-da Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində davam etdirilib.

Bügünkü məhkəmə prosesində əvvəlcə məhkəmənin suallarına cavab verən təqsirləndirilən şəxs Nadir Əliyev bir daha cinayətdən əvvəl Fərda Qədirovda tapançanı gördüyünü, Fərdanın həmin tapançanı  avtobus sürücüsünün köməkçisi işləmiş Ariz Qabulovun köməkliyi ilə Bakı şəhərinə gətirdiyini və Fərdanın həmkəndisi Seyid Qasımı öldürməyə hazılaşdığını bildiyini, bu məqsədlə  Qasımın ünvanını öyrənib Fərdaya deməsini təsdiq etdi.

Daha sonra məhkəmə  tərəfindən təqsirləndirilən şəxs Cavidan Amirova ifadə vermək təklif olunsa da, sonucu səbəbini göstərmədən, ifadə verməkdən imtina edib.

Ona görə də məhkəmə prosesi  təqsirləndirilən şəxs Nəcəf Süleymanovun dindirilməsi ilə davam etdirilib. N.Sülemanov özünü cinyaətdə təqsirli bilməyib və göstərib  ki,  Nadir Əliyev, Cavidan Amirov və milliyətcə erməni olan Mardun Qumaşyanı tansa da,  onlarla hər hansı cinayət əlaqəsi olmayıb. 2009-cu ilin mart ayında  Marneuli rayonunun Daştərə kəndində Fərda Qədirovla görüşüb, sonra isə Bakı şəhərinə gəlib. Burada yalnız bir dəfə Fərda ilə və bir neçə dəfə Nadir Əliyevlə telefon əlaqəsi olub. O, Fərdaya öz telefon nömrəsini verməyib və onunla əlaqə saxlamaq niyyəti də olmayıb. Neft Akademiyasında  törədilmiş  terror  hadisəsi barədə onlarla heç bir söhbəti olmamış, hadisə barədə yalnız 30 apreldə kənar şəxslərdən eşidib.

Lakin sonra, dövlət ittihamçıları tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən məlum oldu ki, Fərda Qədirov hadisədən əvvəl Daştəpə kəndində həm Nadir Əliyev, həm Cavidan Amirov, həm də Nəcəf Süleymanovla təmasda olmuş, onlar bir-birinin telefon nömərələrini götürüb və təxminən eyni vaxtda Bakı şəhərinə gəliblər. Məsələn, teroror hadisəsindən sonra Fərda Qədirovun Daştəpə kəndindəki evlərinə keçirilən baxış zamanı oradan götürülən blaknotda Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanovun Fərdanın öz xətti ilə yazılan telefon nömərəlri aşkar edilib. "Azercell" Birgə Müəssisədən verilmiş açıqlamadan isə məlum olub ki, aperelin 5-dən 27-dək olan vaxt ərzində Fərda Qədirov düz 56 dəfə Nəcəf Süleymanova zəng edibr. Bu fakt açıq-aşkar Nəcəf Sülemanovun güya Bakı şəhərində Fərda Qədirovla heç bir əlaqəsinin olmaması, onunla yalnız bir dəfə telefon danışığı olmasına dair ifadələrini alt-üst edib.

Həmçinin məlum olub ki, Bakı şəhərində olduğu vaxt hər gün işdə olan Nəcəf Süleymanov məhz 30 apreldə işə getməyib və teror hadisəsindən dərhal sonra Nadir Əliyevin iş yerinə gedərək, onunla görüşmək istəyib. Bununla əlaqədar verilən  sualların heç birinə Nəcəf Süleymanov cavab verə bilməyib, həmin faktları izah edə bilməyib.

Bununla birlikdə, məhkəmədə Nəcəf Süleymanov olduqca vacib bir açıqlama verib. O göstərib ki,  istintaq vaxtı Nadir Əliyev  təcridxanada ona danışıb ki, Fərda Qədirov Seyid Qasımın oğlunun toyuna gedib, restoranda  kütləvi qırğın törətməklə, bütün onun "nəslinin kökünü" kəsməyə hazırlaşırmış, lakin  sonradan güya məhz onun səyləri nəticəsində bu qırğın baş tutmayıb.  Belə çıxır ki, Nadir Əliyev Fərdanın restoranda  planlaşdırdığı kütləvi qırğının qarşısını alaraq, onu "AZİ"-də terror törətməyə yönəldib.

Bundan sonra məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq mərhələsində onlara işgəncə verilməsi barədə vəsatətəlrini müzakirə edərək, həmin xüsusatların yoxlanılması üçün təqsirləndirilən şəxslərin hamısı barədə məhkəmə-tibb ekspertizası təyin etdi. Məhkəmə prosesi ekspertiza rəyləri alındıqdan sonra davam etdiriləcək.

Milli.Az

Uyğun linklər:

"Fərda dedi ki, terroru ona görə metroda yox, Neft Akademiyasında törədəcəyik ki...."

"Fərda Qədirov və Cavidan Amirov Neft Akademiyasının binasında olub, giriş-çıxışını, qaçmaq yollarını öyrəniblər"

Təqsirləndirilən şəxs: "Qanlı hadisədən sonra evə gedib Fərda ilə danışdığım sim-kartı məhv etdim"

Fərda Qədirovu Bakıya gətirən sürücü: "Onun çantası avtobusa məndən xəbərsiz yerləşdirilib"

Fərda Qədirovun tanışı azərbaycanlıları erməni dostuna faşist kimi təqdim edirmiş

Şahid: "Nadir Əliyev deyirdi ki, Fərdanın tapança ilə məşq etməsini bilib"

ADNA-nın tələbəsi: "O, "öldürəcəyəm" deyə-deyə bizə atəş açırdı"

Şahid: "Fərdanın çantasını avtobusa 20-25 dəqiqə təklikdə söhbətdən sonra Ariz Qabulov yerləşdirdi"

Şahid: "Cavidan Amirovun təcridxanada Nadir Əliyevi necə ifadə verməsi üçün istiqamətləndirdiyini eşitdim"

Şahid: "Fərda Qədirov barda cibindən böyük məbləğdə pullar çıxarırdı"

Şahid: "Fərda Qədirov hadisədən sonra Moskva şəhərində Mardunla görüşəcəkdi"

Şahid: "Fərda ilk üç nəfəri vurandan sonra dəşhətli nərə çəkdi"

Təqsirləndirilən şəxs: "Fərdanın gözləri qırmızı idi, valideynlərinə də nifrət edirdi"

Şahid: "Fərda mənə əlindəki silahla iki dəfə atəş açmaq istəsə də, silahında güllə olmadı"

Şahid: "Mənə güllə atan şəxs Fərda Qədirova oxşamırdı"

ADNA qətliamından 1 il ötdü

ADNA-da törədilən terrorla bağlı həbs olunanlar məhkəməyə arxa çevirdilər

Neft Akademiyasında törədilən terrorla bağlı məhkəmə başladı