Paralimpia qəhrəmanımız: "Arzuma çatdım və paralimpiya çempionu oldum"

12 Sentyabr 2012 17:05
"Çox sevincliyəm, demək olar ki, sevincimin həddi-hüdudu yoxdur. Hər bir idmançının arzusu çempion olmaqdır. Bu, mənim də ən böyük arzum idi. Çox şükür, arzuma çatdım və paralimpiya çempionu oldum".

AzərTAc xəbər verir ki, bu sözləri XIV London Paralimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçumuz Afaq Sultanova (57 kq) deyib.

Afaq Sultanova onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib: "Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, paralimpiyaçılarımız Londonda uğurla çıxış ediblər. Qazanılan medalların sayına görə iştirakçı ölkələr arasında 27-ci olan Azərbaycanın Paralimpiya Oyunlarında qazandığı nailiyyət göz qabağındadır".

A.Sultanova bundan sonra idmanla daha çox məşğul olacağını və Paralimpiya çempionu adını təkrar qazanacağını vurğulayıb.

"London-2012"nin təfsilatları burada.

Milli.Az