ABŞ-a artıq fikir verən yoxdur

12 Sentyabr 2012 20:06
Hətta Birləşmiş Ştatların özündə belə, media məşum teraktın xatirəsini günün xəbəri saymadı.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, "New York Times" və "New York Post" qəzetləri 2996  nəfərin həlak olduğu teraktı manşet xəbər saymayıblar.

"Washington Post"un ilk səhifəsində isə "Citigroup" bankının teraktla bağlı elanı dərc olunmuşdu, vəssəlam.

Milli.Az