Oleq Panyutin: "Növbəti Paralimpiadada iştirak edib-etməmək barədə qəti qərar qəbul etməmişəm"
12 Sentyabr 2012 10:24
İdmançı bunu London Yay Paralimpiya Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən Trend-ə deyib.
"Mən Azərbaycana qızıl medal qazandırdığım üçün özümü çox xoşbəxt hiss edirəm. Paralimpiada həmişəki kimi çox gərgin keçdi. İlk cəhdimdə zədə aldım və bu, mənə böyük çətinlik yaratdı. Buna baxmayaraq, qələbəmdə birinci cəhdim böyük rol oynadı. Növbəti Paralimpiadada iştirak edib-etməmək barədə qəti qərar qəbul etməmişəm", - Panyutin bildirib.
Milli.Az