Natali Pronina: "Qızıl medal alacağımı gözləyirdim"
12 Sentyabr 2012 09:36
Trend-in məlumatına görə, paralimpiyaçılarımız Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərlə öz təəssüratlarını bölüşüblər.
"Mən çox xoşbəxtəm ki, Azərbaycanın bayrağını qaldırdım, himnini səsləndirdim. Bu qələbə tək bizim yox, bütün Azərbaycan xalqının qələbəsidir", - cüdo üzrə Paralimpiya çempionu Afaq Sultanova deyib.
Üzgüçülük yarışlarında fəxri kürsünün 4 dəfə ikinci, bir dəfə birinci pilləsinə qalxmış Natali Pronina isə bunları deyib: "Bu qələbəmə görə çox şadam. Son günə qədər qızıl medal alacağımı gözləyirdim. Düşünürəm ki, bundan da yaxşı nəticə əldə edə bilərdim. Rio-de-Janeyroda keçiriləcək növbəti Paralimpiya Oyunlarına daha yaxşı hazırlaşacağam".
Milli.Az